"Tualetə gedirəm" dedi, qayalıqdan yıxılıb, öldü

"Tualetə gedirəm" dedi, qayalıqdan yıxılıb, öldü

Türkiyənin Alanya şəhərində Berna.Y adlı qız qayalıqdan yıxılaraq ölüb.

HaberGlobal xəbər verir ki, dostları ilə restoranda olan qız "tualetə gedirəm" deyərək onlardan ayrılıb və qayalıqlardan yıxılaraq həyatının itirib.

Hadisə saat 01:00 radələrində baş verib. Dostları qızın gəlmədiyini görüb dalınca gediblər. Bu zaman Bernanın təxmini 10 metrlik hündürlüyü olan qayalıqdan yıxıldığını görüblər.

Oğlanlar dərhal hadisə yerinə polis və təcili tibbi yardım çağırıblar. Axtarışlar zamanı qızın cansız bədəni tapılıb.

Dostları onların hadisədən öncə birlikdə spirtli içki qəbul etdikərini bildiriblər.

Hər iki oğlan hadisə ilə bağlı saxlanılıb.

 

Mənbə: big.az