Rusiyada sərnişin təyyarəsi təcili eniş etdi

Rusiyada sərnişin təyyarəsi təcili eniş etdi

Rusiyanın paytaxtı Moskvadan havaya qalxan "Boeing 777" tipli sərnişin təyyarəsi təcili eniş edib.

Primetime.az xəbər verir ki, buna Moskvadan Taylandın paytaxtı Bankoka gedən təyyarənin ön şüşəsinin çatlaması səbəb olub. Geri dönməyən qərar verən pilotlar Moskvanın Vnukova hava limanında təcili eniş edib.

Göyərtəsində işçi heyəti daxil 200-dən çox insan olan təyyarədə heç kimin yaralanmadığı açıqlanıb.

Mənbə: primetime.az