Gürcüstanda daha bir nəfər koronavirusa yoluxub

Gürcüstanda daha bir nəfər koronavirusa yoluxub

Gürcüstanda daha bir şəxsdə koronavirus aşkarlanıb.

“Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs İtaliyadan qayıdan Gürcüstan vətəndaşıdır.

Xatırladaq ki, fevralın 26-da Gürcüstanda koronavirusa ilk yoluxma hadisəsi təsdiqlənib. Xəstə İrandan gələn 50 yaşlı Gürcüstan vətəndaşıdır. O Gürcüstana Azərbaycandan keçərək daxil olub.

 

Mənbə: qafqazinfo.az