İtaliyada mafiya başçılarının uşaqlarına qarşı “Sülalə” əməliyyatı

İtaliyada mafiya başçılarının uşaqlarına qarşı “Sülalə” əməliyyatı

İtaliya hüquq-mühafizə orqanları tərəfindən Siciliya mafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Day.az xəbər verir ki, əməliyyat nəticəsində 59 nəfər saxlanılıb. Saxlanılanlar narkotika alveri və reketçiliklə məşğul olmaqda, qanunsuz silah gəzdirilməsi və digər ağır cinayətlərdə ittiham olunurlar.

"Sülalə" adı altında Messina rayonunda həyata keçirilən əməliyyat çərçivəsində saxlanılan klan üzvlərinə bu regionun mafiya başçılarının uşaqlarının başçılıq etdiyi bildirilir. Onların ataları isə hazırda həbsxanadadır.

Mənbə: news.day.az