Rusiyada ana dörd aylıq körpəsini vəhşicəsinə döydü

Rusiyada ana dörd aylıq körpəsini vəhşicəsinə döydü

Rusiyanın Tula vilayətində gənc ana dörd aylıq körpəsini vəhşicəsinə döyüb.

Bu barədə Vesti.ru ərazi üzrə İstintaq Komitəsinə əsasən xəbər yayıb.

Məlum olub ki, uşaq çox ağladığı üçün qadın südəmər oğlunun başına bir neçə dəfə yumruqla vurub.

Uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Onun anası isə “sağlamlığa ağır zərər vurma” ittihamı ilə 10 ilə qədər həbs oluna bilər. Uşaq qohumlarının və ya qəyyumluq orqanlarının öhdəsinə veriləcək.

Mənbə: www.oxu.az