Beynəlxalq Cenevrə avtomobil sərgisi açılışı təxirə saldı – Koronavirusa görə

Beynəlxalq Cenevrə avtomobil sərgisi açılışı təxirə saldı – Koronavirusa görə

Beynəlxalq Cenevrə avtomobil sərgisi əksər ölkələrdə yayılmış koronavirus səbəbindən açılışı təxirə salıb. Day.az xəbər verir ki, bu barədə təşkilatçılar məlumat yayıblar.

Məlumatda deyilir ki, 90-cı dəfə KİV-lər üçün gələn həftənin bazar ertəsi, adi ziyarətçilər üçünsə martın 5-dən 15-ə qədər açılmalı olan Beynəlxalq Cenevrə avtomobil sərgisi işini dayandırıb.

Qeyd edilir ki, tədbir 1000-dən çox qonağın iştirakı gözlənildiyindən təhlükəsizlik məqsədilə İsveçrə hökumətinin tələbi ilə təxirə salınıb.

Qeyd edək ki, ötən il Beynəlxalq Cenevrə avtomobil sərgisinin 600 mindən çox ziyarətçisi olub.

2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın əksər ölkələrini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 80 mini keçib, 2 mindən çox nəfər ölüb.

Mənbə: news.day.az