DİN-nin həbs etdiyi "Əmioğlu" kimdir?- Maraqlı faktlar

DİN-nin həbs etdiyi "Əmioğlu" kimdir?- Maraqlı faktlar

Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət Axtarış İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan "Əmioğlu" ləqəbli kriminal avtoritet Eldar Cabbarovla bağlı maraqlı məlumat əldə etmişik.

Rubrika.Az-ın Yenisabah.az-a istinadən əldı etdiyi məlumata görə, Eldar Cabbarov "Nasosnu Etibar" kimi tanınan mərhum kriminal avtoritet Etibar Cabbarovun qardaşıdır.

Etibar Cabbarov 90-cı illərdə kriminal dairələrdə kifayət qədər nüfuz sahibi olub. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Həmin vaxt Etibar Cabbarov qətl və başqa ağır cinayətlərə görə axtarışda imiş. Əməliyyat zamanı silahlı müqavinət göstərdiyinə polislər ona qarşılıq verməyə məcbur olub.

Etibar Cabbarovun 90-cı illərdə Sumqayıtda "qanuni oğru" titulu alan iki nəfərdən birinin qətlində təqsirləndirilirdi. Söhbət "qanuni oğru" Dayoğlu Vaqifin qətlindən gedir. O, Sumqayıtın ən nüfuzlu kriminaliterindən bir olub. Ümumiyyətlə, Sumqayıt kriminal şəhər kimi tanınsa da, bu günə qədər orada yalnız iki nəfər "qanuni oğru" titulu daşıyıb.

Onlardan biri Dayoğlu Vaqif, digəri isə "Lotu Arif" kimi tanına Arif Mehdiyevdir. Dayoğlu Vaqif kriminal aləmin ən ali titulunu alandan qısa müddət sonra qətlə yetilirib. Bu qətldə məhz Etibar Cabbarov təqsirləndirlib. Bu qətllə bağlı müxtəlif versiyalar səsləndirlir.

Arif Mehdiyevə gəlincə, 59 yaşlı "qanuni oğru" hazırda Azərbaycandan kənarda yaşayır. Arif Mehdiyev kriminal aləmin klassik "qanuni oğru"larından hesab edilir.

Rubrika.Az

Mənbə: rublika.az