Neftçalada yol qəzası: motosikletçi xəsarət aldı

Neftçalada yol qəzası: motosikletçi xəsarət aldı

Bu gün axşam saatlarında Neftçala rayonunun Mikayıllı kəndi ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, həmin kəndin 59 yaşlı sakini Rəfael Soltan oğlu Gözəlovun idarə etdiyi “İJ-Planeta 5”markalı motosiklet minik maşını ilə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Neftçala Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Mənbə: virtualaz.org