59 yaşlı şəxsin idarə etdiyi motosiklet avtomobillə TOQQUŞDU

59 yaşlı şəxsin idarə etdiyi motosiklet avtomobillə TOQQUŞDU

Neftçala rayonunda yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında Mikayıllı kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Gözəlov Rafael Soltan oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//Report.az

Mənbə: publika.az