Peruda leysan yağışlar səbəbindən 5 nəfər həlak olub

Peruda leysan yağışlar səbəbindən 5 nəfər həlak olub

Perunun cənubunda güclü yağışlar nəticəsində ən azı 5 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "teleSUR" telekanalı bildirib.

Məlumata əsasən, ən azı 10 nəfər itkin düşüb, 290-dan çox ailə xəsarət alıb. Qeyd edilir ki, ölkə höküməti respublikanın Ayakuço, Kusko və Puno bölgələrinin bir neçə departamentində fövqəladə vəziyyət elan edib.

Xilasedicilər hazırda itkin düşmüş şəxslərin axtarışını aparır və ziyan dəymiş bina və kommunikasiyalarının bərpası ilə məşğuldurlar.

Mənbə: az.trend.az