Yaponiyada koronavirusa yoluxanların sayı 942-yə çatdı

Yaponiyada koronavirusa yoluxanların sayı 942-yə çatdı

Yaponiyada koronavirusa yoluxan insanların sayı 942-yə çatıb. Onlardan 705 nəfəri “Diamond Princess” kruiz gəmisinin sərnişinləridir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı NHK nəşri yayıb.

Qeyd olunur ki, yoluxanların çoxu (67 nəfər) Hokkaydo prefekturasında qeydə alınıb. Tokioda 36 nəfər yoluxub.

Ölkədə “Covid-2019″dan 11 nəfərin öldüyü məlum olub.

Yaponiyada virusun yayılması ilə əlaqədar kütləvi tədbirlər ləğv edilib. Əyləncə parkları, o cümlədən “Tokio Disneylend”i, əyalət kitabxanaları, baxış platformaları və muzeylər bağlanıb.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti vətəndaşların Uxanda sətəlcəm xəstəliyinə tutulduğunu elan edib. Xəstəliyin törədicisi, Covid-2019 rəsmi adı verilən yeni bir koronavirus növüdür.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az