Parisdəki iğtişaşlara görə 71 nəfər saxlanılıb

Parisdəki iğtişaşlara görə 71 nəfər saxlanılıb

Parisdəki iğtişaşlar zamanı saxlanılanların sayı 71-ə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhər prefekturası məlumat yayıb.
Məlumata görə, Parisdəki Lyons stansiyasındakı iğtişaşlara görə 71 nəfər saxlanılıb. Bir müddət əvvəl 30 məhbusun saxlanıldığı, qanun və qaydaların pozulmasına dair 54 protokolun tərtib edildiyi bildirilirdi.
Xatırladırıq ki, iğtişaşlar cümə günü stansiyanın yerləşdiyi Bercy küçəsində baş verib. Polis ixtişaşlara son qoymaq üçün müdaxilə edib. Həmçinin, stansiyanın yaxınlığında binanın boşaldılmasına səbəb olan yanğınla bağlı məlumatlar da var.

 

 

Mənbə: sia.az