İran-Pakistan sərhədində narkotik qaçaqçıları və sərhədçilər arasında atışma olub

İran-Pakistan sərhədində narkotik qaçaqçıları və sərhədçilər arasında atışma olub

İranın Pakistanla sərhəd bölgəsində yerləşən Sarvan məntəqəsində narkotik qaçaqçıları və sərhədçilər arasında atışma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Sistan və Bəluçistan əyalətinin sərhəd komandanlığının məlumatında bildirilir ki, narkotik qaçaqçıları ilə şiddətli atışma baş verib. Atışma nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitəsinin gətirilməsinin qarşısı alınıb.

Qaçaqçılar gecənin qaranlığından istifadə edərək qonşu ölkənin ərazisinə qaçıb. Onlardan 815 kq tiryək müsadirə olunub.

Atışma nəticəsində ölən və yaralananlar barəsində məlumat verilməyib

Mənbə: apa.az