Pakistanda baş verən partlayış nəticəsində beş nəfər ölüb

Pakistanda baş verən partlayış nəticəsində beş nəfər ölüb

Pakistanın Pəncab əyalətindəki fabrikdə baş verən partlayış nəticəsində beş nəfər ölüb. Hadisə nəticəsində xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Onların üçünün vəziyyətinin ağır olduğu bildirilir.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, partlayış fabrikin qazanxanasında texniki nasazlıq səbəbindən baş verib.

Polis hadisənin səbəblərini araşdırır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

AZERTAG.AZ :Pakistanda baş verən partlayış nəticəsində beş nəfər ölüb

Mənbə: azertag.az