Honk Konkda itdə coronavirus tapılıb - Heyvan karantindədir

Honk Konkda itdə coronavirus tapılıb - Heyvan karantindədir

Honk Konkda "Covid-19" diaqnozu qoyulmuş bir qadının ev heyvanında coronavirus da tapılıb. Səlahiyyətlilər itin 14 gün müddətində ehtiyat tədbirləri üçün karantinə alınacağını açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Hong Kong Əkinçilik, Balıqçılıq və Ətraf Mühit İdarəsi, itdə xəstəlik əlamətlərinin olmadığını açıqlayıb. Ev heyvanının burnundan və ağzından götürülmüş nümunələrdə az miqdarda koronavirus aşkar edilib. Səlahiyyətlilər, itdə virus olub olmadığını təyin etmək üçün araşdırma lazım olduğunu söyləməyiblər.

İtin sahibi 60 yaşlı qadın bir gün əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya karantinə yerləşdirilib.

Mənbə: sia.az