Özünə baxmayan arvadını döyüb öldürdü - FOTO

Özünə baxmayan arvadını döyüb öldürdü - FOTO

Türkiyənin İzmir şəhərinin Ödemiş rayonunda bir şəxs özünə fikir verməyən arvadını amansızlıqla döyərək öldürüb.

“Milliyet”in verdiyi xəbərə görə, İbrahim Tekin həmin gün evə sərxoş vəziyyətdə gəlib.

O, 18 il evli olduğu arvadı 38 yaşlı Filiz Tekinə “Səni artıq bəyənmirəm. Niyə özünə fikir vermirsən?” deyib.

Bundan sonra İ.Tekin arvadının başını dəfələrlə divara çırpıb.

Qadının huşunu itirməsinə baxmayaraq, onu xəstəxanaya aparmayan İ.Tekin uşaqlarına bu barədə heç kimə deməməyi tapşırıb.

Onların Osman adlı oğulları bir dostunun telefonundan hadisəni xalasına xəbər verib.

Bundan sonra qadının bacıları gələrək, F.Tekini xəstəxanaya aparıblar.

Müayinə zamanı onun başından aldığı zərbələrə görə menengit keçirdiyi və onurğa beyinində 3 sm qırıq olduğu müəyyənləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, F.Tekinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən İ.Tekin tutulub.

İfadəsində o, arvadını heç bir zaman döymədiyini deyərək, törətdiyi əməli etiraf etməyib.

Məlum olub ki, mərhum bacısına “Bir gün ərim məni döyüb öldürəcək. Ölsəm, meyitimi ekspertizaya göndərin”, deyib.

Mənbə: www.oxu.az