Ermənistanda hərbi komissarlığın baş mütəxəssisini döyən şəxsə ittiham irəli sürülüb

Ermənistanda hərbi komissarlığın baş mütəxəssisini döyən şəxsə ittiham irəli sürülüb

Ermənistan Müdafiə Nazirliyinin Kotayk vilayəti hərbi komissarlığının hərbi çağırış şöbəsinin mütəxəssisi Vahe Babacanyanı döyüblər. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2019-cu il noyabrın 20-də Kotayk vilayətinin hərbi komissarlığında mübahisə olub.

Döyülən şəxs Vahe Babacanyana qarşı da ittiham irəli sürülüb.

Belə ki, o, 2019-cu il noyabrın 20-də, saat 13:45 radələrində, Ermənistan Müdafiə Nazirliyinin Kotayk vilayəti hərbi komissarlığının həyətində sözügedən komissarlığın hərbi çağırış şöbəsinin digər baş mütəxəssisi Qor Hovhannisyana qəsdən bədən xəsarəti vurub. Babacanyanın döyülməsi isə bundan sonra baş verib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az