Stolüstü tennisçilərimiz Avropa çempionatının finalında iştirak edəcəklər

Stolüstü tennisçilərimiz Avropa çempionatının finalında iştirak edəcəklər

Çexiyanın Ostrava şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

“Yeni Sabah” xəbər verir ki,oğlanlardan ibarət Azərbaycan yığma komandası çempionatın yarımfinalında Belçika yığmasına qalib gələrək finala vəsiqə qazanıb.

Bu gün keçiriləcək finalda komandamızın rəqibi Rusiya yığması olacaq.

Mənbə: yenisabah.az