“Bir-birimizi aldatmayaq” - Ağabala Ramazanov

“Bir-birimizi aldatmayaq” - Ağabala Ramazanov

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Səbail” - “Universitatya Krayova” matçı rumınların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyundan sonra “Qafqazinfo”ya açıqlama verən bakılıların hər iki qolunun müəllifi Ağabala Ramazanov məğlubiyyəti şərh edib:

 

“Vurduğum qollara görə sevinirəm. Hesaba gəlincə, üzülürəm. Evdə 3 top buraxmaq çətindir. Belə komanda ilə gərgin olacaq. Əlimizi-qolumuzu sallayaraq səfərə yollanmayacağıq. Mübarizə aparacağıq. Bir-birimizi aldatmayaq. Çox güclü rəqibdir. Büdcələri belə bunu görməyə kifayət edər”

 

 

 

Mənbə: qafqazinfo.az