“Partizani”nin yarımmüdafiəçisi: “Qarabağ”la oyunda penaltilər seriyasına da hazırlaşmışıq”

“Partizani”nin yarımmüdafiəçisi: “Qarabağ”la oyunda penaltilər seriyasına da hazırlaşmışıq”

“Oyun planında bəzi düzəlişlər etməliyik. Əgər ilk oyundakı mübarizliyi nümayiş etdirib, hücumda daha dəqiq olsaq, mərhələ adlaya bilərik”.

APA-nın məlumatına görə, bunu Albaniyanın “Partizani” klubunun futbolçusu Bruno Telyuşi deyib.

Yarımmüdafiəçi Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ”la sabah keçiriləcək cavab oyunu barədə fikirlərini açıqlayıb: “Təbii ki, topla da daha yaxşı rəftar etməliyik. “Partizani” Azərbaycana ilk oyunda yaxşı nəticə qazanan güclü komanda kimi yollanır. Necə güclü komanda olduğumuzu Tiranada hamı gördü. Bu da bizdə özünəinamı artırır. Mərhələ keçəcəyimizə inanırıq. Penaltilər seriyasına da hazırlaşmışıq. Lakin cütün taleyini 90 dəqiqədə həll etməyimiz daha yaxşı olar”.

Qeyd edək ki, komandalar arasında Tiranada keçirilən ilk oyunda 0:0 hesabı qeydə alınıb.

Mənbə: apa.az