Messiyə çağırış: Üzr istə

Messiyə çağırış: Üzr istə

Argentina millisinin kapitanı Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından üzr istəməlidi.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bunu Argentina Ali İdman Məhkəməsinin üzvü Qustavo Abreu deyib.

O bildirib ki, superulduz Amerika Kuboku-2019-un yarımfinalında Braziliyaya məğlubiyyətdən sonra KONMEBOL-un korrupsiyaya əl atması ilə bağlı fikirlərinə görə, üzr istəməlidi. Əks təqdirdə, Leo 2 il müddətinə yığmadan kənarlaşdırılacaq. Bu isə onun gələn il Argentina və Kolumbiyada təşkil ediləcək Amerika Kuboku, eyni zamanda DÇ-2022-nin seçmə mərhələsindən kənarda qalmasına səbəb olacaq.

"Messinin sanksiyadan qaçmaq üçün üzr istəməsi vacibdi. Argentina Futbol Federasiyasını da onunla əlaqə saxlamağa dəvət edirəm", - deyə Abreu söyləyib.

Milli.Az

Mənbə: news.milli.az