“Barselona” 20 yaşlı futbolçu aldı

“Barselona” 20 yaşlı futbolçu aldı

Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Barselona” növbəti transferini həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, Kataloniya təmsilçisi Yaponiyanın “Kaçima Antlers” klubundan Hiroki Abeni heyətə qatıb.

20 yaşlı forvard üçün qarşı tərəfə 1,1 milyon avro ödənilib. Fubolçunun sərbəstqalma dəyəri 100 milyon avro olaraq müəyyənləşdirilib.

Mənbə: qafqazinfo.az