Neymardan PSJ rəhbərliyinə - "Getmək istəyirəm"

Neymardan PSJ rəhbərliyinə - "Getmək istəyirəm"

PSJ-nin hücumçusu Neymarın komandadakı gələcək taleyinə aydınlıq gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, dünən klubun idman direktoru Leonardo ilə görüşən braziliyalı futbolçu ayrılmaq istədiyini bildirib. Ancaq o, hansı kluba gedəcəyini açıqlamayıb. PSJ rəhbərliyinin Neymarın qərarını anlayışla qarşıladığı və onun satışından yaxşı pul qazanmaq fikrində olduğu bildirilir.

Qeyd edək ki, Neymarın yenidən "Barselona"ya qayıdacağı iddia olunur.

Milli.Az

Mənbə: news.milli.az