La Liqada transfer rekordu qırıldı

La Liqada transfer rekordu qırıldı

İspaniya La Liqasında çıxış edən klublar by yay transferlərə rekord məbləğdə pul xərcləyiblər.

 

Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, La Liqa təmsilçiləri indiyədək yeni oyunçuların alınmasına 1 milyard avrodan çox pul sərf edib. Bu çempionat tarixində ilk belə hadisədi.

 

"Real", "Barselona" və "Atletiko" transferə ən çox pul xərcləyən klublardı.

 

"Real" Eden Hazard, Eder Militao, Ferland Mendi, Luka Yoviç, Rodriqo üçün ümumilikdə 303 milyon avro ödəyib.

 

"Barselona" Antoine Qrizmann, Frenk De Yonq, Norberto Murara, Emerson de Souza və Ludovit Reis üçün ümumilikdə 230 milyon 500 min avro xərcləyərək ikincidi.

 

"Atletiko" Joao Feliks, Felipe Monteyro, Markos Lorente, Renan Lodi, İvan Saponmyiç üçün 206 milyon 500 min avro xərcləyib.

 

Bundan başqa, Avropa futbolunda bu yay edilən ən bahalı 10 transferin 6-sı La Liqa klublarından olub. Joao Feliks (126 milyon avro), Antoine Qrizmann (120 milyon avro) və Eden Hazard (100 milyon) ilk 3-lük-də yer alıb.

 

Fanat.Az

Mənbə: fanat.az