"Everton"un sabiq futbolçusu Premyer Liqamızda

"Everton"un sabiq futbolçusu Premyer Liqamızda

“Qarabağ” klubu yeni oyunçu transferini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə klubun İnstaqram hesabında yeni transferin üzünün gizlədildiyi bir video paylaşılıb.

Əldə etdiyimiz məlumata görə, yeni transfer seneqallı forvard Maqaye Qeye olub.

Peşəkar karyerasına 2008-ci ildə “Strasburq”da başlayan Qeye 2010-2011-ci illər mövsümündə 1 milyon funt sterlinq qarşılığında “Everton”a transfer olub. Futbolçu həmçinin “Brest”, “Milluol”, “Adanaspor”, “Osmanlıspor” kimi klubların heyətində, o cümlədən, Fransanın aşağı yaş qrupları üzrə millisində çıxış edib.

Mənbə: axar.az