Şəhriyarın növbəti uğursuzluğu - VİDEO

ABŞ-ın Sent-Luis şəhərində “Grand Chess Tour 2019” şahmat seriyasının dördüncü mərhələsi keçirilir.

Rapid və blits üzrə reallaşan turnirlərdə ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edir.

Zəka sahibləri artıq Rapid növündə mübarizəyə yekun vurublar.

Amerikalı Lenyer Dominqesi mat qoyan Məmmədyarov, daha bir ABŞ təmsilçisi Fabiano Karuana, çinli Dinq Liren və norveçli Maqnus Karlsenlə xalı yarı bölüb.

Qrossmeysterimiz digər 5 oyunu məğlubiyyətlə bitirib.

Beləliklə də 2 xal yarım hasil edən Şəhriyar, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

“Paşinyan erməniləri xilas edə bilmədi” – Professordan onlara bəd xəbər

SONRAKI XƏBƏR

İlan mələyən şoranlıqda Cənnət vahəsi: “Kurdemir Agro”