“Tokio 2020” Paralimpiya Oyunlarının tədbirlər cədvəli açıqlanıb

“Tokio 2020” Paralimpiya Oyunlarının tədbirlər cədvəli açıqlanıb

 

Tokio, 13 avqust, AZƏRTAC

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi Paralimpiadanın tədbirlər cədvəlinin hazırlanmasını yekunlaşdırıb. Həmin yarışların tarixində ən çoxsaylı idman oyunlarının finalı açılış mərasimindən sonra ilk bazar günü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, təşkilatçılar avqustun 13-də idmanın 22 növü üzrə 540 yarışın cədvəlini yayıblar.

Paralimpiadanın açılış və bağlanış mərasimləri yeni Milli Stadionda avqustun 25-də və sentyabrın 6-da keçiriləcək. Hər iki mərasim Olimpiya Oyunlarında olduğu kimi, axşam saat 8-də başlayıb 11-də başa çatacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az