Qurban Qurbanovdan məğlubiyyət şərhi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" III təsnifat mərhələsinin cavab matçında Kiprin APOEL klubuna 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

"Qafqazinfo" xəbər verir ki, oyundan sonra açıqlama verən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məğlubiyyəti şərh edib.

"Əfsuslar olsun ki, oyunu əldən verdik. Futbolçularım həddindən artıq əziyyət çəkdilər. Çox bəsit qollar buraxdıq. Yüz faizli qol imkanlarından istifadə edə bilmədik. Buna baxmayaraq, futbolçularıma təşəkkür edirəm. Üç komandaya qarşı ağır oyun keçirdik. Texniki səhvlərimiz çox oldu. Qarşıdakı oyunlara baxacağıq".

Qeyd edək ki, komandaların Kiprdə keçirilən oyunu "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

“Qarabağ” uduzdu, ÇL-da mübarizəni dayandırdı - Yenilənib

SONRAKI XƏBƏR

ABŞ-a köç edənlərlə bağlı yeni qanun qəbul edildi