“Çox üzülürəm” - “Qarabağ”ın prezidenti

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” III təsnifat mərhələsinin cavab matçında Kiprin APOEL klubuna 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra jurnalistlərə açıqlama verən Ağdam klubunun prezidenti Tahir Gözəl məğlubiyyəti şərh edib:

“Pis taleyimiz Kiprdə axırıncı dəqiqədə qol buraxmağımzdan başladı. Hər zaman yaxşı oynayan qazanmır.Əlbəttə ki, çox üzülürəm. “Qarabağ” bu gün ləyaqətli futbol sərgilədi. Yaxşıq qol epizodlarımız oldu, amma dəyərləndirə bilmədik. Qarşıda oyunlarımız var, “Qarabağ” yoluna davam etməlidir. Paltardəyişmə otağına getdim, futbolçulara dəstək oldum. Hamısı çox üzgün idi. Amma yolumuza davam edirik. APOEL-in qələbədən başqa şansı yox idi. Bizdə isə rahatlıq görmədim. APOEL böyük klubdur. 11 nömrəli futbolçusunun 6 milyon avro qiyməti var. Belə oyunlar qətiyyən səhvi qəbul etmir”.

Elsevər

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Almazbek Atambayevin 120 adda əmlakına həbs qoyulub

SONRAKI XƏBƏR

APOEL-in baş məşqçisi: "Qələbə üçün xüsusi bir şey etmədim"