"İnter" "Mançester Yunayted"in futbolçusuna göz dikib

"İnter" "Mançester Yunayted"in futbolçusuna göz dikib

"İnter" "Mançester Yunayted"in vinqeri Aleksis Sançeslə yaxından maraqlanır.

Hazırda tərəflər arasında danışıqlar davam edir. Komandalar Sançesin məvacibi ilə bağlı razılığa gələ bilmirlər.

Jurnalist Canluka Di Martsionun məlumatına görə, "İnter" çilili futbolçuya illik maksim 5 milyon avro ödəməyə hazırdı. Növbəti həftə klub rəsmiləri yenidən bir araya gələcəklər.

Daha əvvəl Sançesin "İnter"ə icarə əsasında keçəcəyinə dair xəbərlər yayılmışdı.

Fanat.az

Mənbə: fanat.az