Azərbaycan futbolunda yeni ittifaq - Nazim Süleymanov sədr oldu

Azərbaycan futbolunda yeni ittifaq - Nazim Süleymanov sədr oldu

Nazim Süleymanovun başçılıq etdiyi Azad Həmkarlar İttifaqının adı dəyişdirilib.

Fanat.az xəbər verir ki, bu barədə qurumun təsisi ilə bağlı bu gün keçirilən mətbuat konfransında məlumat verilib.

Təşkilat bundan sonra AFFA Həmkarlar İttifaqı adlanacaq.

Qanunvericilkdə göstərilib ki, həmkarlar ittifaqı hansısa müəssisəsnin nəzdində yaradılmalıdır. Buna görə də qurum adını dəyişməli olub.

Artıq qurumun sədri də məlumdur. Yığıncaqda iştirak edənlərin səsverməsi ilə Nazim Süleymanov AFFA Həmkarlar İttifaqının sədri seçilib. Qurumun üzvləri yekdillliklə veteran futbolçunun sədr olmasına səs verib.

Fanat.Az

Mənbə: fanat.az