ABŞ millisi basketbol üzrə dünya çempionatında mükafatsız qalıb

ABŞ millisi basketbol üzrə dünya çempionatında mükafatsız qalıb

Kişi basketbolçulardan ibarət ABŞ yığması Çində keçirilən dünya çempionatının yarımfinalına yüksələ bilməyib.

"Report" xəbər verir ki, komanda 1/4 finalda Fransa ilə üz-üzə gəlib. Qarşılaşma Avropa təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 89:79.

Fransa 1/2 finalda Argentina ilə qarşılaşacaq. Daha bir yarımfinalçı İspaniya isə finala gedən yolda Avstraliya - Çexiya cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, yarımfinallar sentyabrın 13-də, final və bürünc medal uğrunda görüş sentyabrın 15-də olacaq.

Mənbə: report.az