AFFA rəsmiləri beynəlxalq oyunlara təyinat alıb

AFFA rəsmiləri beynəlxalq oyunlara təyinat alıb

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev beynəlxalq oyuna təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Xudiyev qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin Qazaxıstan - Fransa oyununda iş başında olacaq. Qarşılaşma oktyabrın 8-də Şimkent şəhərində keçiriləcək.

Azərbaycanın əsas milli komandasının meneceri və AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov da təyinat alıb.

O, UEFA Gənclər Liqasında qrup mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) – "Atalanta" (İtaliya) oyununda UEFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək. Matç sentyabrın 18-də Zaqrebdəki "Hitrec-Kacijan" stadionunda keçiriləcək.

Mənbə: report.az