Beynəlxalq Gimnastika Federasiyası Bakıda Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatını təşkil etməkdən məmnundur.
ATV.az xəbər verir ki, bu sözləri jurnalistlərə Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe deyib. Vatanabe bildirib ki, mötəbər yarışın yüksək səviyyədə keçiriləcəyinə əmindir.
Morinare Vatanabe-Beynəlxalq Gimnastika Federasiyasının prezidenti: "Hər kəs Azərbaycana məmnuniyyətlə gəlir. Dünya Çempionatına hazırlıq fantastikdir. Azərbaycan Gimnastika Federasiyası hər şeyi möhtəşəm şəkildə təşkil edib. Son illər Azərbaycan komandası əhəmiyyətli dərəcədə inkişaf edib və medala iddialı gimnastları formalaşıb. Dünya Çempionatının bütün iştirakçıları güclüdür, amma rəqabət rəqabətdir, buna görə kimin qalib gələcəyi əvvəlcədən məlum deyil".
ATV.az
Mənbə: www.atv.az