Ronaldo azərbaycanlı futbolçuya çatmağa çalışır

Dünyanın ən məşhur futbolçularından biri olan Kriştiano Ronaldonun karyerasını bitirməyə çox qalmayıb. Amma 34 yaşlı portuqaliyalı zamana uduzmur, yüksək oyun səviyyəsini qoruyur. Milli komandanın heyətindəki növbəti çıxışı da buna sübutdur.

Bizimyol.info xəbər verir ki, Portuqaliyanın kapitanı Kriştiano Ronaldo Litvanın qapısına 4 qol vurub. Komandasının 5:1 hesablı səfər qələbəsində məşhur futbolçu birbaşa rol oynayıb.

Ronaldo bununla da milli komandanın heyətindəki qolların sayını 92-yə çatdırıb. “Yuventus”un oyunçusu İran milli komandasının azərbaycanlı futbolçusu Əli Daeiyə çatmağa çalışır. Daei İranın heyətində keçirdiyi oyunlarda 109 qol vurmaqla rekord müəllifi olub.

Karyerasını davam etdirənlərdən heç kim Ronaldo qədər zirvəyə yaxın deyil. Hindistanın hücumçusu Sunil Çetri 71 qol vurub. Oynayanların siyahısında üçüncü yerdə 68 qolla argentinalı Lionel Messi gedir.

Ronaldo milli komandanın heyətində keçirdiyi oyunların sayına görə isə 16-cü yerdədir. Hücumçu Portuqaliyanın formasını 160 dəfə geyinib. Rekord misirli Əhməd Həsənə məxsusdur (184 oyun).

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

"İndi əhalinin yarısı SSRİ-yə qayıtmaq istəyir" - moldovalı jurnalist

SONRAKI XƏBƏR

“Caspian Energy International Media Group” XII “Eurasian Forum Kazenergy”nin baş informasiya tərəfdaşı olub