UEFA-nın təşkilatçılığı ilə keçiriləcək III avrokubok turnirinin adı müəyyənləşib

UEFA-nın təşkilatçılığı ilə keçiriləcək III avrokubok turnirinin adı müəyyənləşib.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, qurum həmin turniri Konfrans Liqası adlandıracaq.

Bildirilib ki, Konfrans Liqasının ilk püşkü 2021/2022 mövsümü ilə başlaya bilər. Bu, Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü ən vacib avrokubok turniri olacaq.

Yarışın formatının Çempionlar Liqasının formatına (32 komanda, 8 qrup) bənzəyəcəyi gözlənilir. Qrup liderləri birbaşa 1/8 finala vəsiqə qazanacaq. İkinci yeri tutan kollektivlər pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda III olan komanda ilə mübarizə aparacaq. Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

Qeyd edək ki, 2018-2019 mövsümündə Çempionlar Liqasını İngiltərənin "Liverpul", Avropa Liqasını isə ölkənin digər klubu "Çelsi" qazanıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bərdədə 81 yaşlı qadın əməliyyat zamanı ölüb

SONRAKI XƏBƏR

Məcid Araz: İranda uşaq nikahının artması ilə etnik ayrıseçkilik arasında birbaşa əlaqə var