Sumqayıt yanğınsöndürənləri qalib oldular - FOTOLAR

"Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə "Əsrin müqaviləsi”nin 25 illiyinə, 20 Senyabr Neftçilər Günü peşə bayramına və Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş mini futbol turnirinə yekun vurulub.

Turnirdə "Azərikimya” İB-nin idarəetmə aparatının, Etilen-polietilen zavodunun, Təmir-Tikinti İdarəsinin, "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin, Sumqayıt Asan Xidmət Mərkəzinin, Respublika "Qizil Aypara” Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, Sumqayıt şəhər Gənclər Mərkəzinin, FHN DYMX Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin, Regional Mədəniyyət İdarəsinin, şəhər polis idarəsinin, Hacı Zeynalabdin qəsəbə bələdiyyəsinin, Sumqayıt futbol klubunun, Su-kanal idarəsinin və "Etalon Security” MMC-nin komandaları da daxil olmaqla 16 komanda iştirak edib.

Komandalar hər birində 4 komanda olmaqla 4 qrupda yarışıblar.

Etilen-polietilen zavodunun balansında olan Sumqayıt şəhər stadionunun meydançalarında keçirilən, Sumqayıtın futbol üzrə təcrübəli hakimlər heyəti tərəfindən idarə olunan, bir həftə davam edən, maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda FHN DYMX Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin komandası turnirin qalibi olub. Respublika "Qizil Aypara” Cəmiyyəti Sumqayıt şəhər bölməsinin və "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Qaliblər "Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən qiymətli hədiyyələr və fəxri fərmanlarla təltif edilib.

"Etalon Security” MMC-nin komandasına isə turnirdə fəal iştirak etdiyinə və dördüncü yerə çıxdığına görə xüsusi diplom təqdim edilib.

Xeberle.com

ƏVVƏLKİ XƏBƏR

İngiltərədə universitetdən məzun olan xarici tələbələr daha iki il ölkədə qala biləcəklər

SONRAKI XƏBƏR

“Böyük şəhərlərdə sənayenin innovativ inkişafı” monoqrafiyası çap olunub