Futzal üzrə Azərbaycan millisi Rusiya, İran və Qazaxıstan yığmaları ilə qarşılaşacaq

Bakı, 11 sentyabr, AZƏRTAC

Futzal üzrə Azərbaycan milli komandası Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq “Caspian Cup 2019” beynəlxalq turnirində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, sentyabrın 22-dən 25-dək keçiriləcək turnirdə millimiz Rusiya, İran və Qazaxıstan yığmaları ilə qarşılaşacaq.

Yığmamız sentyabrın 22-də Rusiya, ertəsi gün İran, ayın 25-də isə Qazaxıstan ilə qarşılaşacaq.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Cərimə meydançalarında 8 min manat borcu olan xarici nömrəli maşınlar var - VİDEO

SONRAKI XƏBƏR

Xaçmazda fərdi yaşayış evi yanır