Çiçarito "Qarabağ"la oyunda debüt edə bilər

Çiçarito "Qarabağ"la oyunda debüt edə bilər

Xavyer Hernandesin (Çiçarito) yeni klubu "Sevilya"da debütü ləngiyə bilər.

Faktor.az İspaniya mətbuatına istinadən xəbər verir ki, meksikalı hücumçu La Liqanın 4-cü turunda "Alaves" matçda oynamaq istəsə də, baş məşqçisi Xulen Lopeteqi ona şans verməyə bilər.

İspaniya mətbuatı yazıb ki, 31 yaşlı oyunçunun debütünün Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Qarabağ"la matçda gerçəkləşməsi mümkündür.

Xatırladaq ki, “Qarabağ” - “Sevilya” görüşü sentyabrın 19-u keçiriləcək.

Mənbə: faktor.az