Yeni idman təşkilatı təsis olundu - Nazim Süleymanov sədr seçildi

Yeni idman təşkilatı təsis olundu - Nazim Süleymanov sədr seçildi

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının təsis konfransı keçirilib.

ATV.az xəbər verir ki, veteran futbolçu, hakimlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda məşhur futbolçu Nazim Süleymanov qurumun rəhbəri seçilib. Süleymanov bildirib ki, təşkilat Azərbaycan futbolunun inkişafına xidmət edəcək, bu idman növündə işləmiş və hazırda çalışan insanların hüquqlarını qoruyacaq. Yaxın günlərdə qurumun İdarə Heyətinə üzvlər seçiləcək və yaxın aylar üçün iş planı təsdiqlənəcək.

ATV.az

Mənbə: www.atv.az