Qurban Qurbanovun oğlu ağladı – VİDEO

Qurban Qurbanovun oğlu ağladı – VİDEO

Meydanın mərkəzində uzanaraq ağlayan Musa Qurbanlını millimizin baş məşqçisi Milan Obradoviç sakitləşdirməyə çalışıb

BAKI, 11 sentyabr — Sputnik. Azərbaycanın U-21 yığması AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, komandamız doğma meydanında Gürcüstanla qarşılaşıb. 0:3 hesabı ilə məğlub olan komandamızın heyətində "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovun oğlu da yer alıb. Oyun ərzində yaxın məsafədən topu qapıya göndərə bilməyən hücumçu Musa Qurbanlı qarşılaşmadan sonra göz yaşlarını saxlaya bilməyib.

Meydanın mərkəzində uzanaraq ağlayan Qurban Qurbanovun oğlunu millimizin baş məşqçisi Milan Obradoviç sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, 17 yaşlı futbolçumuz "Qarabağ 2 " klubunun hücumçusudur. Onun klubla 2020-ci ilin iyun ayınadək müqaviləsi var.

Mənbə: sputnik.az