Ramil Şeydayev: "Bakıya köçə bilərəm" - VİDEO

Ramil Şeydayev: "Bakıya köçə bilərəm" - VİDEO

“Bakıda özümü çox rahat hiss edirəm” Offsideplus.az xəbər verir ki, Moskvanın “Dinamo” klubu və Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev Anar İbrahimovun “İbrakadabra” Youtube kanalının qonağı olub.

R.Şeydayev müsahibəsində Rusiya yığmasının sabiq Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədovla bağlı xatirələrindaən danışıb.

Şeydayev bildirib ki, A.Səmədov Avropa Liqasının səfiri olarkən Bakını çox bəyənib.

“Bakıda olarkən o məndən gəzməli yerlər barədə soruşdu. Əslində, Bakıda çoxlu sayda gözəl yer var. Məsələn, Heydər Əliyev Mərkəzinə getmək olar. Dənizkənarı Bulvarda xeyli restoran var. Ən çox bəyəndiyim şəhər isə Sankt-Peterburqdur. Bakıda da özümü çox rahat hiss edirəm. Bəlkə də, futbol karyeramı bitirəndən sonra Bakıya köçdüm”.

R.Şeydayev bildirib ki, Azərbaycanda daha çox tanınır, lakin Bakıda ulduz olması ilə bağlı razı deyil.

Mənbə: offsideplus.az