Lionel Messi: “Mənim üçün pulun əhəmiyyəti yoxdur”

Lionel Messi: “Mənim üçün pulun əhəmiyyəti yoxdur”

Dünya futbolunun canlı əfsanəsi Lionel Messinin ABŞ çempionatına gedəcəyi deyilir. Argentinalı futbolçu açıqlama verərək “Barselona”nı tərk etməyə tələsmədiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Messi İspaniya mətbuatına müsahibəsində Kataloniya klubundakı gələcəyi haqda danışıb. O, “Barselona”nı doğma evi adlandırıb.

“Barselona”da mümkün qədər çox qalmaq istəyirəm. Amma məhz uzunmüddətli müqavilə üzündən klubda qalmağı arzulamazdım. “Barselona”da həmişə vacib oyunçu olmağa çalışmışam. Klubun hər oyunda qələbəyə can atması xoşuma gəlir. Mənim üçün pulun əhəmiyyəti yoxdur. Məni başqa şeylər həvəsləndirir. Hər şeydən əvvəl qələbə istəyi”, - Messi belə deyib.

Argentinalı atasının klub rəhbərliyi ilə danışıqlar apardığını gizlətməyib. Messi “Valensiya” ilə çempionat oyununda meydana çıxmayacağını da deyib. O, zədəsini yüz faiz sağaltmaq istəyir.

Mənbə: www.bizimyol.info