“Sevilya” Bakıya La Liqanın lideri kimi gəlir - VİDEO

“Sevilya” Bakıya La Liqanın lideri kimi gəlir - VİDEO

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın ilk rəqibi olacaq “Sevilya” İspaniya La Liqasında növbəti matçını keçirib.

Oxu.Az xəbər verir ki, Əndəlüs təmsilçisi səfərdə “Alaves”lə üz-üzə gəlib.

Joan Jordanın yeganə qolu ilə 3 xal qazanan “Sevilya” ümumi hesabda 10-cu xalını toplayıb və Primerada turnir cədvəlinin birinci pilləsinə yüksəlib.

Sentyabrın 19-da Bakıda “Qarabağ”la qarşılaşacaq komanda ölkəmizə La Liqanın lideri kimi gələcək.

Qeyd edək ki, sentyabrın 19-da saat 20:00-da start götürəcək “Qarabağ” – “Sevilya” matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Mənbə: oxu.az