Nazarov 66 dəqiqə oynadı

Nazarov 66 dəqiqə oynadı

Almaniya 2-ci Bundesliqasında 6-cı turun oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge" doğma meydanda "Osnabryuk"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Nazarov start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 6 turdan sonra 11 xalı olan Aue təmsilçisi 18 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Milli.Az

Mənbə: news.milli.az