Maks Verstappen: Atamın tənqidləri məni daha güclü edir

Maks Verstappen: Atamın tənqidləri məni daha güclü edir

Keçmiş Formula 1 pilotu Yos Ferstappen oğlu Maks Ferstappenə dəstəyini göstərmək üçün mütəmadi olaraq yarışlarda iştirak edir. O, oğlunun yarış zamanı yaxından izləyir və təcrübəli pilot kimi də ondan məsləhətini də əsirgəmir. Bəzən ata-oğul arasında baş verən fikir ayrılıqlarına baxmayaraq, Y.Verstappen hər zaman övladının yanında olduğu deyir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, M.Verstappenin sözlərinə görə isə, o, atası ilə münasibətdə hər zaman öz fikirləri ilə seçilir: "Atam məni başa düşür və fikirlərimi hörmətlə qarşılayır, çünkü o da bir zamanlar yarışların iştirakçısı olub və ona görə də haqlı tənqidləri var. Atamın tənqidləri məni daha da güclü edir, o çox diqqətcildir. Hər şeylə yaxından marağlanır. Ondan tez-tez məsləhət alır, hər yarış sonrası fikrini öyrənirəm.

Bəzən isə, fikirlərimiz üst-üstə düşmür, bir-birimizlə sərt şəkildə mübahisə edirik, bəlkə də belə olmalıdır. Mübahisələr vacibdir - onlar bizim səhvlərimizi göstərir və daha da uğurlu olmağımızı təmin edir. Biz birlikdə çox şeylərdən keçdik, hələ kartinqdə olarkən F1-ə gəlmək üçün çox çalışdıq, hədəflərimizə doğru birlikdə addımladıq. Səhvlərimiz də oldu, uğurlarımız da, hər şeyə rəğmən ruhdan düşmədik. Atam mənə həmişə özümə inanmağı və güclü olmağı öyrətdi, ona borcluyam".

M. Ferstappen öz işini o qədər çox sevir ki, asudə vaxtlarında belə Lando Norrislə birlikdə virtual yarışlarda iştirak edir: "Öz evimdə belə, hər zaman yarışlar barədə düşünürəm, F1 həyatımın əsas hissəsidir. Başqa işlər üçün darıxmıram, onlara vaxtım yoxdu. Yarışlarda qazandığım uğurlarım mənə digər əyləncələri əvəz edir."

Milli.Az

Mənbə: news.milli.az