Robert Kubica: Gələn ilin planları tək məndən asılı deyil

Robert Kubica: Gələn ilin planları tək məndən asılı deyil

Williams komandasının pilotu Robert Kubica jurnalistlərin suallarını cavablandırarkən, gələn ildə adı çəkilən komandada qalıb-qalmayacağından hələ ki, xəbərsiz olduğunu deyib. Xatırladaq ki, pilotun maliyyə dəstəkçisi olan Polşaya məxsus Orlen neft şirkətinin sözcüsü, ötən ay komanda ilə olan müqaviləyə xitam vermək istədiklərini bildirmişdi.

Milli.Az autograph.az-a istinadən bildirir ki, buna görə də pilotun növbəti illə bağlı planları və gələcəkdə Williams komandasında çalışıb-çalışmayacağı da hələlik sual altında qalmaqdadır. Polşalı F1 sürücüsünün sözlərinə görə, gələcəkdə harada və hansı komandada olacağı onun özündən asılı olan məsələ deyil: "İstəklər və imkanlar hər an dəyişə bilər. Buna görə də hər şeyə hazır olmaq lazımdı. Veriləcək qərarlarla bağlı hələlik heç nə deyə bilmərəm. Növbəti ilin planları tək məndən asılı deyil, buna görə də gələcək fəaliyyətimlə bağlı bir söz söyləmək tezdir.

Ümümiyyətlə, gələn il nə, necə, nə cür olacaq, deyə düşünüb beynimi yormaq istəmirəm. mənim üçün indiki zaman daha çox önəmlidir. Hal hazırda öz üzərimdə çalışır və arzu olunan nəticəni əldə etmək üçün əlimdən gələn hər şeyi edirəm və ruhdan düşməyəyə çalışıram. Ümid edirəm ki, hər şey yaxşılığa doğru irəliləyər".

Milli.Az

Mənbə: news.milli.az