Asmir Beqoviç qələbə haqda nə dedi?

Asmir Beqoviç qələbə haqda nə dedi?

"Komandam üçün vacib oyun idi. Qalib gəldiyimiz üçün şadam”.

Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ” – "Neftçi” oyunundan sonra ağdamlıların qolkiperi Asmir Beqoviç deyib. Bosniyalı əlcək sahibi "CBC Sport”a danışıb. Son illərin dəyişməz çempionunun yeni transferi əlavə edib:

"Bu komandaya keçdiyim üçün səhv etmədiyimə bir daha əmin oldum. Uğurlarımızın davamlı olmasını arzulayıram”.

Fanat.Az

Mənbə: fanat.az