Respublika stadionunda “istefa” səsləri - Foto

Respublika stadionunda “istefa” səsləri - Foto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulur.

"Yeni Sabah" xəbər verir ki, "Qarabağ"ın evdə "Neftçi"ni qəbul etdiyi oyunda tribunalardan "istefa" səsləri yüksəlib. Belə ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda meydan sahibləri 2:0 hesabı ilə önə keçdikdən sonra "Neftçi" azarkeşləri "istefa" deyə qışqırmağa başlayıblar.

Hazırda davam edən oyunda onlar "Kamran istefa" qışqıraraq Bakı klubunun prezidenti Kamran Quliyevi istefaya səsləyirlər.

Mənbə: yenisabah.az