"Neftçi" fanatlarından növbəti istefa tələbi - bu dəfə "Tofiq Bəhramov"da

"Neftçi" fanatlarından növbəti istefa tələbi - bu dəfə "Tofiq Bəhramov"da

Premyer Liqanın 4-cü turunun "Qarabağ"a qarşı bu gün keçirilən oyununda "Neftçı" azarkeşləri tribunadan növbəti dəfə istefa şüarı səsləndiriblər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu hadisə hesab 2:0 "Qarabağ"ın xeyrinə olarkən baş verib. Fanatlar bu şüarı bir neçə dəfə səsləndiriblər.

Qeyd edək ki, bundan əvvəlki bəzi oyunlarda da "Neftçi" fanatları uğursuz nəticəyə görə klub rəhbərliyi və baş məşqçi Roberto Bordinin istefasını tələb ediblər.

Xatırladaq ki, "Neftçi"nin son uğursuz nəticələrinə görə "Forza Neftçi" azarkeş qrupu bir müddət əvvəl komandalarının matçlarını boykot etdiyini açıqlayıb.

Milli.Az

Mənbə: news.milli.az